Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər
11
may
2026
22:45
Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Hüseynov Məhəmməd Əlibaba oğlu və Qaflanov Kamil Cəmil oğlu xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, xəsarət alan hərbi qulluqçular yaxınlıqdakı tibb müəssisəsinə təxliyə ediliblər:
"Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçularımızın vəziyyətləri stabildir, hazırda hərbi tibb müəssisəsində müalicələri davam etdirilir. Faktla bağlı araşdırma aparılır".
Oxşar xəbərlər
Ailənin illərdir gözlədiyi övladı faciəli şəkildə öldü: Muradın ad gününə cəmi iki gün qalmışdı...
Ailənin uzun illər sonra dünyaya gələn yeganə övladı binadan yıxılaraq həyatını itirib. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, faciəli hadisə Tərtər şəhə...