Ayaqlarını pəncərədən çıxaran sürücü və sərnişin həbs edildilər - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Şamaxıda sərxoş vəziyyətdə ayağını çölə çıxararaq avtomobil idarə edən şəxs məsuliyyətə cəlb edilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Mədrəsə qəsəbəsində hərəkətdə olan VAZ-2107 markalı avtomobilin sürücü və sərnişininin ayaqlarını çölə çıxararaq cəmiyyətə açıq hörmətsizlik etməsi ilə bağlı görüntülər yayılıb. Digər hərəkət iştirakçıları üçün təhlükə yaradan maşındakı şəxslərin hərəkəti qəsəbə sakinlərinin də narazılığına səbəb olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, ictimai qaydanı pozan şəxslər saxlanılıblar:
"Sürücünün 21 yaşlı Səyyad Pənahov, sərnişinin isə 22 yaşlı Səxavət Nəzərov olduğu müəyyən edilib. Həmin vaxt sərxoş vəziyyətdə olan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə S.Pənahov sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla 15 sutka, S.Nəzərov isə 10 sutka inzibati qaydada həbs olunub".
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...