Ayaqları amputasiya edilən qadın ölüb
25
avq
2018
15:29
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ucarda avtomobil qəzasında ağır yaralanan qadın xəstəxanada ölüb.BAKU.WS Report-a istinadən xəbər verir ki, dünən Bakı-Qazax avtomagistralının Ucar ərazisində minik avtomobilində qəzaya düşən 1989-cu il təvəllüdlü ağır yaralı Mahmudova Həbibə Fəxrəddin qızı rayon xəstəxanasında gecə saatlarında keçinib.Məlumata görə, ağır durumda olan yaralının ayaqları amputasiya olunub. Həkimlərin səylərinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb.Qeyd edək ki, qəza zamanı idarəetmədən çıxan minik avtomobili aşıb. Nəticədə 3-ü ağır olmaqla 5 nəfər xəsarət alıb.BAKU.WS
Oxşar xəbərlər
Bakı-Qazax yolunda BMW "KamAZ"-a çırpılıb, bir ailənin 3 üzvü ölüb - FOTO
Hacıqabul rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, Bakı-Qazax avtomobil yolunun rayon...