Şamaxıda ağır qəza - 2 nəfər ölüb, 3 yaralı var

Şamaxıda ağır qəza - 2 nəfər ölüb, 3 yaralı var
Hadisə 1945
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 123-cü km-də, Şamaxı şəhərinin girişində minik avtomobili ilə yük ("Qazel") maşınının toqquşması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb.BAKU.WS "Report" agentliyinə istinadən xəbər verir ki, qəza zamanı minik avtomobilində olan sərnişinlər - 1968-ci il təvəllüdlü Ucar rayon sakini Məmmədova Sima və 1985-ci il təvəllüdlü Göyçay rayon Qarayazı kənd sakini Məmmədov Elmin Zülfiqar oğlu dünyasını dəyişib, həmçinin minik avtomobilinin Göyçay rayonunun Qarayazı kədindən olan 1998-ci il təvəllüdlü sürücüsü Cabbarov Vasif Asif oğlu yaralanıb.Digər üç yaralı yük maşınında olub. Bunlar "Qazel"in Şamaxı rayonundan olan 1968-ci il təvəllüdlü sürücüsü Feyzullayev Əflatun Əlqardaş oğlu, onun 1991-ci il təvəllüdlü qohumu Feyzullayev Neymət Əlzaman oğludur.Xəsarət alanların hamısı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşadırma aparılır.BAKU.WS

Son xəbərlər