Avtomobildən 3 kiloqramdan artıq narkotik tapıldı

Avtomobildən 3 kiloqramdan artıq narkotik tapıldı
Hadisə 750
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiləri nəticəsində 3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Kürdlər kənd sakini, əvvəllər məhkum olunmuş Məmməd Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avomobillə saxlanılıb.Avtomobilə keçirilən baxış zamanı qabaq oturacağın alt hissəsindən iki bükümdə ümumi təmiz çəkisi 3 kiloqram 150 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Oxşar xəbərlər

Azərbaycanda böyük "narkotika" əməliyyatı – Saxlanılanlar var

Azərbaycanda böyük "narkotika" əməliyyatı – Saxlanılanlar var

Daxili işlər orqanlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik tapılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbu...

1419 Hadisə 13:15 11 fevral 2019

Son xəbərlər