Avtomobil vuran azyaşlını xəstəxanaya çatdırmaq istədi, qəza törətdi: 2 ölü, 3 yaralı
21
avq
2019
23:52
Qubada iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Qubanın Rustov kəndində 4 yaşlı uşağı avtomobil vurub.Xəsarət alan azyaşlını yaxınlıqdakı qonşusu 28 yaşlı Rustov kənd sakini Emin Əzizov xəstəxanaya çatdırmaq istəyib. Azyaşlının anası, dayısı və nənəsi olan, Emin Əzizovun idarə etdiyi "Vaz 2107" markalı avtomobil bir müddət sonra dirəklərə çırpılıb. Hadisə nəticəsində azyaşlı və sürücü həyatını itirib. Avtomobildə olan 3 nəfər sərnişin müxtəlif xəsarətlər alıb. Hazırda onların müalicəsi Quba Mərkəzi rayon Xəstəxanasında davam etdirilir.Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Rövnəq Abdullayev: Bir çox şirkət “Ümid-Babək” blokunun işlənilməsi layihəsində maraqlıdır
Bir çox şirkət Xəzərin Azərbaycan sektorunda yerləşən “Ümid” yatağı və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənilməsi lay...