“Topaz”ın 75,5%-i satıldı
BAKU.WS “marja”ya istinadən xəbər verir ki, satınalma yekunlaşdıqdan sonra "Baltech Investment LLC"nin "Azerinteltek" şirkətindəki payı 24,5%-dən 75,5%-ə yüksələcək.
"Turkcell" şikəti "İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ"nin kapitalının 55 faizinə sahibdir. "İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ" isə Azərbaycanda fəaliyyət göstərən "Azerinteltek" şirkətinin 51%-nə sahib idi.
"Şirkətimizin 55%-nə ortaq olduğu "İnteltek İnternet Teknoloji Yatırım ve Danışmanlık Ticaret AŞ"nin, "Azerinteltek"də sahib olduğu 51% və ya 51.000 AZN nominal dəyərində payının hamısının, "Azerinteltek"in 24,5 faiz ilə səhmdarı olan "Baltech Investment LLC"yə 19 milyon 530 min 177 avro müqabilində satışına qərar verilib", - "Turkcell"dən bildirilib.
“Azerinteltek” QSC Azərbaycanın idman mərc oyunları sektorunda investisiya potensialını qiymətləndirmək məqsədi ilə 19 yanvar 2010-cu il tarixində təsis edilib.
“Azərinteltek” QSC-nin ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.
BAKU.WSOxşar xəbərlər
Bakıda “Topaz” qarət olundu
Bakıda “Topaz” mərc oyunları məntəqəsi qarət olunub.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, məl...