Atatürk Hava Limanı bombalandı

Türkiyədə qiyamçılar İstanbulda Atatürk Hava Limanını bombalayıblar.
BAKU.WS-in məlumatına görə, bu barədə hazırda İstanbulda olan "Yeni Musavat" qəzetinin baş redaktoru Azər Ayxan Facebook səhifəsində yazıb.
"Hazırda İstanbuldayam. Atatürk Hava Limanının 2-3 kilometrliyindəki oteldə qalırıq. Bir müddət öncə aeroportu qiyamçılar havadan bombaladılar - iki raket atdılar. Evakuasiya olunduq, hazırda otaqlarımıza qayıtmışıq. Otel müştərilərinin arasında ciddi panik yaşanır, qadınlar, cocuqlar təlaş içindədilər. Bayaq savaş uçaqları yenə hava limanının üstündən uçuş etdilər. Bilmirik o uçaqlar qiyamçılrındı, yoxsa dövlətin. Bax belə. Allah axırımızı xeyir etsin", - Ayxan əlavə edib
BAKU.WS
Oxşar xəbərlər
AZAL Atatürk hava limanına uçuşları dayandırıb
"Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarə İstanbulun Atatürk hava limanından problemsiz uçuş həyata keçirib. Bu barədə AZƏRTAC-a "Azərbaycan Hava Yolları...
