Astarada sərxoş kişi arvadını odunla döydü

Astarada sərxoş kişi arvadını odunla döydü
Hadisə 79

Astarada kişi həyat yoldaşını odun parçası ilə döyüb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Şüvi kəndində baş verib. Kənd sakini, 1996-cı il təvəllüdlü Elçin Dadaşov mütəmadi olaraq spirtli içki qəbul edərək yaşadığı evə gəlib. Bu səbəbdən onunla həyat yoldaşı arasında tez-tez mübahisələr yaranıb.

Bir müddət əvvəl E.Dadaşov yenidən kənd ərazisində yerləşən kafedə spirtli içki qəbul etdikdən sonra sərxoş vəziyyətdə evə gəlib. O, evdə həyat yoldaşından yemək istəyib. Həyat yoldaşı isə onun növbəti dəfə spirtli içki qəbul etməsinə etiraz edərək yemək verməyib. Nəticədə, cütlük arasında mübahisə yaranıb.

E.Dadaşov evdə sobanın yanında yığılmış odun parçasını götürərək həyat yoldaşına zərbələr endirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və E.Dadaşov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Astara Rayon Məhkəməsində tərəflər arasında barışıq əldə olunub, zərərçəkmiş şəxsə dəymiş maddi ziyan ödənilib.

Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib.

Son xəbərlər