Astarada əməliyyat – Saxlanılan var – FOTO

Astarada əməliyyat – Saxlanılan var – FOTO
Hadisə 878
Astarada külli miqdarda narkotik vasitə aşkarlanıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, Astara rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində 5,6 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.Astara RPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında, əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə dəfələrlə məhkum olunmuş rayonun Şahağacı kənd sakini Fikrət Cabbarov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı 1 ədəd bükümdə 17 qram çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq F.Cabbarovun Astara rayonunun Şahağacı kəndində yerləşən yaşadığı evə keçirilən baxış zamanı 3 ədəd bağlamada ümumi təmiz çəkisi 5 kiloqram 655 qram narkotik vasitə olan tiryək və 1 bükümdə çəkisi 10 qram olan psixatrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülüb.Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Külli miqdarda narkotik aşkarlandı

Külli miqdarda narkotik aşkarlandı

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.Daxili İşlər Naz...

812 Hadisə 13:30 07 yanvar 2019

Son xəbərlər