Astarada marketdə istehlaka yararsız məhsullar aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Astara rayonu, Burzubənd kəndində fəaliyyət göstərən Cəmilə Əli qızı Əliyevaya məxsus "Hacıoğlu" marketdə keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.
BAKU.WS xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, marketdə istifadə müddəti bitmiş ümumi çəkisi 49 kiloqram müxtəlif növ qida məhsulu müəyyən edilib, həmçinin satışda olan yağ məhsullarının saxlanma temperaturuna əməl olunmadığı aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsullar məhv edilib.

Oxşar xəbərlər
Yekaterinburqda həbs edilən azərbaycanlılar avtomobili yandırmaqda şübhəli bilinirlər
Əvvəlki illərdə Rusiyanın Yekaterinburq şəhərində qətl törətməkdə şübhəli bilinərək həbs edilən azərbaycanlı Səfərov qardaşlarının rəqibi olan sahibkarın avtomo...