Astarada 11-ci sinif şagirdi istədiyi qıza görə özünü asıb - TƏFƏRRÜAT

Bu gün intihar edən 17 yaşlı Məhəmmədəli Şamil oğlu Qəmxarov Astara rayonunun Siyaku kənd məktəbinin 11-ci sinif şagirdi olub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisəyə səbəb məktəblinin qız istəməsi olub.
İlkin ehtimala görə, istədiyi qızdan "yox" cavabı alan M.Qəmxarov yaşadığı evin həyətindəki yarımtikilidə canına qəsd edib.
Yeniyetmənin özündən başqa bir bacısı və bir qardaşı var.
*** 10:28
Astarada kollec tələbəsinin meyiti tapılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Təngərüd kəndində baş verib. Kənd sakini 2007-ci il təvəllüdlü Məhəmmədəli Şamil oğlu Qəmxarovun meyiti yaşadığı evdə aşkarlanıb.
Qeyd edək ki, 17 yaşlı gəncin intihar etdiyi bildirilir.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Sərxoş halda qəza törətdi, adam öldü - Qubada dəhşətli qəzanın TƏFƏRRÜATI
Sərxoş halda qəza törədərək ölümə səbəb olan şəxs həbsə göndərilib. BAKU.WS-in məlumatına görə, hadisə 2024-cü ilin oktyabrında Quba-Xaçmaz avtomobil yolunun Zə...
