Arvadını qısqanclıq zəminində öldürən şəxsə hökm oxunub
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Malik Məmmədəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
BAKU.WS “report”a xəbər verir ki, iş hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 9 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2020-ci ilin avqust ayının 7-də Tovuz rayonunun Aşağı Quşçu kəndində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Məmmədəliyev Malik Şahmar oğlu qısqanclıq zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Rəqsanə Məmmədovanı bıçaqlayıb.
Qadın Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
M.Məmmədəliyevə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Oxşar xəbərlər
Nişanlı qızı çöllükdə oğlanla görüşdürdü, 13 yaşlı bacısını maşında dəfələrlə zorladı, sonra... – Azərbaycanda ŞOK
Sabirabad rayonunda seksual xarakterli hərəkətlər etməkdə və oğurluqda ittiham olunan 1975-ci il təvəllüdlü Mehdi Mehdiyevin (cinayət işi üzrə adı keçən şəxslər...