"Arash Estetik"də pozuntu aşkarlandı: Kinika cərimələndi
28
yan
2026
13:54
Səhiyyə Nazirliyi "Arash Estetik" klinikasında plandankənar yoxlama aparıb.
BAKU.WS "Teleqraf"a istinadən xəbər verir ki, yoxlama zamanı klinikada tanınmış həkim Sənan Xankişiyevin sertifikatsız stomatologiya ixtisası üzrə praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanıb.
Nazirlik İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərini pozan klinika barədə protokol tərtib edərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərib.
Məhkəmənin qərarına əsasən, "Arash Estetik" klinikası 6 000 manat məbləğində cərimələnib.
Oxşar xəbərlər
15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı - "Evlənəcəklər..."
İmişli rayonunda 15 yaşlı qızı evlənmək məqsədilə qaçıran şəxs cinayət məsuliyyətinə cəlb edilib. BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən il...