Balakəndəki kanat yolu niyə işə salınmır?
Balakən rayonunun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yerləşən kanat yolu uzun illərdir fəaliyyət göstərmir.
2008-ci ildə istifadəyə verilən və təxminən 10 il xidmət göstərən kanat yolu texniki nasazlıqlar səbəbindən işləmir.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, uzunluğu 1 200 metr olan, 6 kabinədən ibarət bu sistem Avstriya istehsalı olan avadanlıqlarla təchiz edilib və saatda 216 nəfərə xidmət göstərə bilirdi. Lakin artıq 8 ilə yaxındır ki, Balakənin simvollarından sayılan bu turizm obyekti istifadəsiz vəziyyətdə qalıb.
Kanat yolunun işləməməsi həm yerli sakinləri, həm də rayona gələn turistləri narahat edir.
Oxşar xəbərlər
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumatlar namizədlərin şəxsi səhifələrinə göndərilib. Bu barədə BAKU.WS-ə Məkt...