15 yaşlı məktəbli qızın ailəsi onu qaçıranı bağışladı - "Evlənəcəklər..."
İmişli rayonunda 15 yaşlı qızı evlənmək məqsədilə qaçıran şəxs cinayət məsuliyyətinə cəlb edilib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən ilin 1 oktyabr tarixində baş verib.
İmişli şəhər sakini Ş.Məmmədova (ad-soyadlar şərtidir) polisə müraciət edərək 15 yaşlı qızının evdən qaçdığını bildirib. Bir neçə saat sonra qızın rayon sakini 2001-ci il təvəllüdlü Zakir Bilalov tərəfindən qaçırıldığı bəlli olub və yeniyetmə ailəsinə qaytarılıb.
Məlum olub ki, həmin gecə saat 03 radələrində məktəbli qız ailə üzvlərinin yatmasından istifadə edərək evdən çıxıb və Zakirlə onun dayısının evinə qaçıb. Səhər saatlarında övladını məktəbə yola salmaq istəyən qızın anası onun otağında olmadığını görüb və telefonda övladının mesajını oxuyaraq qaçdığını öyrənib.
Faktla bağlı İmişli RPŞ-də Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb və Z.Bilalov həbs edilib.
Daha sonra cinayət işi rayon məhkəməsinə göndərilib. Məhkəmədə qızın ailəsi Zakirdən şikayətçi olmadığını və onların bir neçə il sonra evlənəcəyini bildirib, barışıqla bağlı ərizəni hakimə təqdim edib.
Məhkəmə barışığı və digər halları nəzərə alaraq, Zakirə 1 il 6 ay şərti cəza verib. O, yanvarın 22-si məhkəmə zalından azadlığa buraxılıb.
Oxşar xəbərlər
Məhəlləarası yolda yarışa çıxdılar, yol polisi araşdırmaya başladı
Məhəllə arası yollardan birində yarışa çıxan maşınlar təhlükəli vəziyyət yaradıb. BAKU.WS xəbər verir ki, bu barədə video sosial şəbəkələrdə paylaşılıb. Bildi...