Bakıda sürücü motosikleti "şahə qaldıraraq" təhlükə yaratdı - Polis hərəkətə keçdi/ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıxanovda təhlükəli manevrlər edən motosiklet sürücüləri ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Bakı Şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli BAKU.WS-in sorğusuna cavab olaraq bildirib.
Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılmış videogörüntü ilə əlaqədar hazırda tərəfimizdən araşdırma aparılır və sürücülər müəyyənləşdirilərək barələrində qanunamüvafiq tədbirlər həyata keçiriləcək.
***12:28
Ötən gecə Bakıda motosiklet sürücüləri təhlükəli manevrlər edib.
Bu barədə görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsində motosiklet sürücüsü nəqliyyat vasitəsini idarə edən zaman onu bir təkər üzərinə qaldırıb. Bu zaman sürücü həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını riskə atıb.
Sözügedən kadrları təqdim edirik:
Oxşar xəbərlər
58 yaşlı kişini maşın vurub öldürdü
Şəkidə piyada ölümü ilə nəticələnən qəza baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində Şəki şəhəri ərazisində Arif Səli...