Aralarındakı münaqişə toya dava saldı
Yeniliklərdən dərhal xəbərdar olun
Astarada toyda dava düşüb, xəsarət alan var.
BAKU.WS-in Report-a istinadla xəbərinə görə, hadisə ötən gecə Astara şəhərindəki şadlıq evlərindən birində baş verib.
Belə ki, 1994-cü il təvəllüdlü Nəhmətulla Natiq oğlu Səfərli baş nahiyəsindən küt alətlə xəsarət alıb. Məlum olub ki, N.Səfərliyə xəsarət yetirən şəxs bibisi oğludur.
Onların hər ikisinin Lənkəran rayonu, Şıxəkəran kənd sakinləri olduğu və aralarındakı münaqişənin iştirak etdikləri qohum toyunda yenidən qızışdığı bildirilir.
N.Səfərli Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Arvadının xəyanətini bilən kişidən dəhşətli əməl
Yevlax şəhərində 1983-cü il təvəllüdlü Natiq qısqanclıq zəminində həyat yoldaşı Jaləyə işgəncə verib. BAKU.WS “teleqraf.com”a istinadən xəbər verir ki, o, yaşad...