Aqil Abbasın rəis oğluna töhmət verilməsi ilə bağlı DİN-dən AÇIQLAMA

Aqil Abbasın rəis oğluna töhmət verilməsi ilə bağlı DİN-dən AÇIQLAMA
Hadisə 848

Deputat Aqil Abbasın rəis olan oğlu Tuncay Abbasovun töhmət alması ilə bağlı xəbərlərə DİN münasibət bildirib.

Bu barədə BAKU.WS-ə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev məlumat verib.

O bildirib ki, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasovun işində yol verdiyi nöqsanlara görə töhmət alması ilə bağlı yayılan iddialar əsassızdır. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun bu xüsusda hansısa əmri olmayıb.

*** 11:27

Deputat Aqil Abbasın polis rəisi olan oğlu Tuncay Abbasov töhmət alıb.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Tuncay Abbasova işində yol verdiyi nöqsanlara görə töhmət verilib.

Onun Binəqədi RPİ-nin rəisi Musa Musayevin tapşırıqlarını vaxtında icra etmədiyi bildirilir.

Son xəbərlər