Antalyada istirahəti sevənlər - YENİ QADAĞA
02
may
2017
12:26
Türkiyənin Antalya şəhərində spirtli içkilərlə bağlı qadağalar sərtləşdirilib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, şəhər ərazisində hotel və iaşə obyektlərindən kənarda, açıq sahələrdə spirtli içkilərin içilməsi qadağan edilib.
Məlumatda qeyd olunur ki, park, meydança, məhəllələr, yol kənarları, tarixi yerlər və digər sahələr qadağan olunan ərazilərə daxil edilib.
Bu qaydanı pozan şəxslər 100 lirə həcmində cərimə oluna bilərlər.
BAKU.WS
Oxşar xəbərlər
Sürücülərin nəzərinə-Gələn aydan yeni cərimələr qüvvəyə minir
"IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqlardan istifadə ilə bağlı cərimə tətbiqinə hələ başlanmayıb"....