Sürücülərin nəzərinə-Gələn aydan yeni cərimələr qüvvəyə minir
"IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqlardan istifadə ilə bağlı cərimə tətbiqinə hələ başlanmayıb".
BAKU.WS xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Kamran Əliyev Lent.az-a açıqlamasında bildirib: "Bakıda müəyyən edilən yollarda "IV İslam Həmrəyliyi Oyunları” zolaqları üzrə hərəkəti qadağan edən müvafiq yol nişanları qoyulduqdan sonra qaydanı pozan sürücülər cərimələnəcək.
K.Əliyev deyib ki, həmin zolaqlarda hərəkəti qadağan edən nişanların qoyulması prosesinə çox güman ki may ayının əvvəlində start veriləcək: "Qadağa mayın sonuna kimi davam edəcək. Hələlik isə yol nişanlarının qoyulması prosesinə başlanmadığı üçün sürücülərə o zolaqlara çıxmağa heç bir qadağa qoyulmayıb”.
K.Əliyev əlavə edib ki, sadalanan işlər tam bitəndən sonra digər avtomobillərin həmin zolağa çıxmasına icazə verilməyəcək, qaydanı pozanlar isə cərimə olunacaqlar: " 24 saat ərzində zolaqlara nəzarət ediləcək. Aidiyyatı olmayan maşınların cərimələnməsi və məbləğ haqqında ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Qeyd edək ki, mayın 12-dən 22-nə kimi Bakıda İslam Həmrəyliyi Oyunları keçiriləcək.
BAKU.WS
Oxşar xəbərlər
Rayon maşınları Bakıya buraxılmayacaq - RƏSMİ (VİDEO)
IV İslam Həmrəyliyi Oyunları dövründə rayon avtomobillərinin Bakıya daxil olmasına müəyyən məhdudiyyətlər qoyulacaq. BAKU.WS Xezerxeber.az-a istinadən məlumat...