Regionlardan Bakıya gələnlərə pis xəbər: məhdudiyyətlər qoyulacaq
"IV İslam Həmrəyliyi Oyunları zamanı regionlardakı nəqliyyat vasitələrinin müəyyən müddətlərdə Bakıya daxil olmasına müəyyən məhdudiyyətlər tətbiq olunacaq".
APA-nın xəbərinə görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, zolaqlardan kənarda, xüsusilə də şəhərin mərkəzi hissələrində nəqliyyat vasitələrinin hərəkətinə hər hansı bir məhdudiyyət hələlik nəzərdə tutulmayıb.
K. Əliyev qeyd edib ki, qadağan olunmuş zolağa daxil olmaya görə cərimələr qanunvericiliyə uyğun olaraq 40 manat miqdarında nəzərdə tutulub.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda qaydalar dəyişdi: əməl etməyənlər 40 AZN cərimələnəcək
Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxtın 9 küçə və prospektinin layihələndirilməsi həyata keçirir. Yeni layihəyə əsasən Nobel, Xocalı və Babək prospe...