Yol polisindən sürücülərə qadağa: bu tarixdən maşın sürə bilməyəcəksiz (VİDEO)
IV İslam Həmrəylik Oyunlarının başlamasına çox az vaxt qalıb. Artıq oyunla bağlı işlərin hamısı görülüb qurtarıb. Oyunlar zamanı Bakıda bəzi küçələrə girişə məhdudiyyətlər qoyulacaq.
BAKU.WS-in Xəzər xəbər-ə istinadən verdiyi xəbərdə bildirilir ki, Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının təhlükəsiz və səmərəli şəraitdə keçirilməsini təmin etmək məqsədilə yarış məkanlarının ətrafında nəqliyyatın hərəkətinə və parklanmaya məhdudiyyətlər tətbiq ediləcək. Baş dövlət yol polisi idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, oyunlar zamanı yarış məkanlarının ətrafında nəqliyyatın hərəkətinə nəzarət zonası yaradılacaq. Bu zonalara ancaq xüsusi buraxılışı olan nəqliyyat vasitələri daxil ola biləcək.
Yarış məkanlarından Bayıl Arena, Ağır Atletika Akademiyası, AZAL Arena, Tennis Akademiyasının ərazisində yaşayan avtomobili olan sakinlər mart ayının 31 -nə qədər aidiyyatı üzrə mənzil komunal istismar sahələrindən qeydiyyatdan keçməlidirlər.
Həmin ərazidə yaşayanlar isə indidən qeydiyyatdan keçib xüsusiburaxılış vərəqələri almalıdır. Əks halda oyunlar keçiriləcək stadion ətrafında yerləşən ərazilərə avtomobillə buraxılmayacaqlar. Oyunlar zamanı sakinlərin şəxsi avtomobillərindən çox ictimai nəqliyyatdan istifadə etməsi məsləhət görülür.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
IV İslam Həmrəyliyi Oyunlarının maskotları təqdim edildi
IV İslam Həmrəyliyi Oyunlarının maskotları təqdim edildi. Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi ictimaiyyətə Bakı-2017 İslam Həmrəyliyi Oyunl...