Anasını işdən gətirib və ... - Bakıdakı dəhşətli hadisə barədə
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 24-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində dəhşətli qətl baş verib. 1981-ci il təvəllüdlü Emil Ağayev anası 1959-cu il təvəllüdlü Həyat Ağayevanı amansızlıqla qətlə yetirməkdə ittiham edilir.
O, hadisə baş verən gün həyat yoldaşı ilə birlikdə qayınanasıgildə qalıb. Səhər saatlarında isə evə gəlib və anasının iş yerinə taksi göndərərək qayıtmasını xahiş edib. Həyat Ağayeva evə gəldikdə isə onu bıçaqlayaraq həyatına son qoyub.
"Elə bir ailə idilər ki, bu işə heç kim inana bilmir. Anası namuslu qadın olub. Emil isə namaz əhli idi. Heç kimin onlardan narazılığı olmayıb", - qonşu hadisə barədə danışarkən deyib.
Başqa bir qonşu isə Emil Ağayevin narkotik istifadəçisi olduğunu bildirib.
Oxşar xəbərlər
İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı
DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini Teymur Hacıyev Agentliyin Müşahidə Şurasının sədri, eyni zamanda əmək və...