Anasını baltalayan şəxsə həbs cəzası verilmədi
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmazda anasını balta ilə öldürməkdə ittiham olunan Ramiz Sultanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
BAKU.WS Qafqazinfo-ya istinadən xəbər verir ki, işə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Müdafiə tərəfi təqsirləndirilən şəxsin cinayət törədərkən və hazırkı müddətdə anlaqsız vəziyyətdə olduğunu deyib. Bununla bağlı ekspertiza rəyləri də iş materiallarına əlavə edilib.
Hakim Fəhmin Hümbətovun sədrlik etdiyi hakimlər heyəti məhkəməyə təqdim edilmiş ekspert rəylərini iş üçün əhəmiyyətli hesab edib.
Hökmə əsasən, 44 yaşlı R.Sultanov cinayət hadisəsini anlaqsız vəziyyətdə törətdiyinə görə cəzadan azad edilib. Onun barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin yanvar ayında Xaçmaz rayonunun Əzizli kəndində qeydə alınıb.
İttihama görə, 44 yaşlı R.Sultanov 67 yaşlı anası Səmən Sultanovanı balta ilə vuraraq qətlə yetirib. O, hadisədən sonra kənddən qaçıb, 17 gün sonra Xaçmaz rayonunun mərkəzində saxlanılıb.
Ona qarşı cinayət məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Pula görə bıçağı sevgilisinin ürəyinə sancdı - Keçmiş qadın polisin CİNAYƏT İŞİ - FOTO
2018-ci il oktyabrın 20-i saat 22-də Xırdalan şəhərində, Heydər Əliyev parkında musiqi məktəbinin arxasında 1979-cu il təvəllüdlü Ramiz Hüseynovun meyiti aşkar...