Ağdamda minaya düşən ANAMA əməkdaşı Gəncə xəstəxanasına təxliyə edilib - YENİLƏNİB + FOTO

Ağdamda minaya düşən ANAMA əməkdaşı Gəncə xəstəxanasına təxliyə edilib - YENİLƏNİB + FOTO
Hadisə 8

Ağdam rayonunda minaya düşən Azərbayca Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməkdaşı Zaur Mahmudov Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinə gətirilib.

APA xəbər verir ki, ona tibbi yardım göstərilib. Z.Mahmudovun yaxını Mahmud Mahmudovun sözlərinə görə, yaralanan şəxs Bakı şəhərinə aparılacaq.

İlkin məlumata görə, ANAMA əməkdaşının sol ayağının daban nahiyəsində problem var. Ümumilikdə isə huşu yerindədir və yaxınları ilə danışır.

Qeyd edək ki, Zaur Mahmudov Qazax rayonundadır və üç ildən artıqdır ANAMA-da çalışır.

***16:24

Dekabrın 26-da Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunun mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

***13:57

İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində dekabrın 26-da Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Bu barədə ANAMA-dan bildirilib.

O, hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılır. Vəziyyəti qənaətbəxşdir.

Son xəbərlər