“Alov qüllələri” sürüşə bilər? - RƏSMİ AÇIQLAMA
31
yan
2018
12:16
“Bakının mərkəzindəki “Alov qüllələri” binalar kompleksi yerləşən ərazidə sürüşmə gözlənilmir, həmin ərazidə vəziyyət sabitdir”.BAKU.WS xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.O bildirib ki, “Alov qüllələri” binalar kompleksi Bayıl yamacındakı sürüşmə sahəsindən kənardadır: “Kompleksdəki binaların tikintisi zamanı çox dərin qatlara müvafiq daşlardan laylar vurulub. Yəni binalar xüsusi layihə ilə tikilib. “Hər an hansısa təhlükə ola bilər” deyə bir şey yoxdur. Hazırda orada sabit vəziyyətdir, heç bir dəyişiklik yoxdur”.Qeyd edək ki, "Alov qüllələri" Bakı şəhərində ən hündür üç çoxmərtəbəli binalardan ibarət kompleksdir. Binaların hündürlüyü 190 m-dir. Tikilinin ümumi sahəsi 235 min kv.metrdir. Binanın tikintisinə 2007-ci ilin oktyabr ayından başlanılıb, 2013-cü ildə bina təhvil verilib. Tikinti işini Azərbaycan-Türk kampaniyası "DİA Holding" yerinə yetirib. Kompleks xarici görünüşü ilə alov dillərini xatırladır. Əcnəbilərə Bakını tanıtmaq üçün ən yaxşı simvollardan biri məhz "Alov Qüllələri"dir.BAKU.WS
Oxşar xəbərlər
Teleqüllənin yeri dəyişdirilir? - RƏSMİ AÇIQLAMA
"Bayıl yamacındakı sürüşmə ilə əlaqədar Teleqüllənin yerinin dəyişdirilməsi ehtimalı yoxdur".BAKU.WS xəbər verir ki, bunu “Report”a açıqlamasında Ekologiya və T...