Ali Məhkəmə kobud pozuntulara yol verən hakimlər barədə xüsusi qərardad çıxaracaq
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin bu gün keçirilən iclasında Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, dəyişiklik layihəsi Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının icrası istiqamətindəki tədbirlər çərçivəsində hazırlanıb.
Dəyişikliklə Məcəlləyə yeni - 438-1-ci maddədə əlavə edilir. Yeni maddəyə əsasən, Ali Məhkəmənin Plenumu işə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Ağır cinayət törədərək xaricə qaçan neçə nəfər ölkəyə ekstradisiya edilib?
Ötən il ərzində birinci instansiya məhkəmələrində 10 849 şəxs barəsində 9 455, apellyasiya instansiyası məhkəmələrində 3 292 şəxs barəsində 2 949, kassasiya ins...