Ağır cinayət törədərək xaricə qaçan neçə nəfər ölkəyə ekstradisiya edilib?
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən il ərzində birinci instansiya məhkəmələrində 10 849 şəxs barəsində 9 455, apellyasiya instansiyası məhkəmələrində 3 292 şəxs barəsində 2 949, kassasiya instansiyası məhkəməsində 1 314 şəxs barəsində 1 097 (bütün instansiya məhkəmələri üzrə cəmi 15 455 şəxs barəsində 13 501 iş olmaqla) cinayət işi və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara baxılaraq yekun qərarlar qəbul edilib.
Bu barədə Baş Prokurorluğun Kollegiya iclasında bildirilib.
Bildirilib ki, daxil olmuş ərizə və şikayətlərə vaxtında və düzgün baxılması, müxtəlif sahələr üzrə müraciət etmiş vətəndaşlara hüquqlarının hərtərəfli və tam izah edilməsi məqsədilə Baş Prokurorluqda yaradılmış 961 saylı “Çağrı Mərkəzi”ndə hesabat dövründə 17 421 müraciət qeydə alınaraq, onlardan 653-ü cinayət xarakterli məlumatlar olduğu üçün qeydə alınıb araşdırılması üçün aidiyyəti struktur qurumlara tapşırılıb, digərləri üzrə isə müvafiq hüquqi izahlar verilib.
Hesabat dövründə koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələrin möhkəmləndiyi, səmərəli əməkdaşlıq nəticəsində ağır və xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən və ədalət mühakiməsindən yayınmaqla xaricdə gizlənən 30 şəxsin tutularaq ölkəmizə ekstradisiyasının həyata keçirildiyi bildirilib.
Oxşar xəbərlər
Baş Prokurorluq Kənan Musayevin ölümü ilə bağlı məlumat yayıb
19 iyun 2019-cu il tarixdə saat 21 radələrində Kəlbəcər rayonundan məcburi köçkün Kənan Musayevin Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşadığı mənzilin açıq e...