Alatavanın deputatı: "Hadisədən xəbərim var"

Alatavanın deputatı: Hadisədən xəbərim var
Hadisə 5746

Bakı şəhər Yasamal rayonu Alatava ərazisində "Melissa Group" adlı tikinti şirkəti sakinlərin razılığı olmadan, evdə yaşayış olduğu halda evin bir hissəsini dağıdıb. Nəticədə evin pəncərəsi dağılıb, mənzilə ciddi ziyan dəyib. Evdə olan sakinlər xəsarət alıb və ciddi psixoloji sarsıntı keçiriblər. Məsələ ilə bağlı cinayət işi açılıb, istintaq aparılır. Aparılan istintaq hərəkətləri çərçivəsində şirkətin məsul işçiləri və sahibi saxlanılaraq məsuliyyətə cəlb olunub.

BAKU.WS xəbər verir ki, Alatava ərazisi 22 saylı Nəsimi - Yasamal seçki dairəsinin hüdudlarında yerləşir. Həmin dairənin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Teleqraf-a açıqlamasında hadisənin araşdırıldığını deyib.

O, hazırda hüquq-mühafizə orqanları tərəfindən bu hadisə ilə bağlı zəruri addımlar atıldığını, istintaqın getdiyini bildirib: "Ona görə də istintaqın nəticələrini gözləmək lazımdır".

"Deputat kimi seçicilərinizin hazırkı durumu ilə maraqlanmısınızmı?" sualına isə Asim Mollazadə "Bakıda deyildim, amma hadisədən xəbərim var. Düşünürəm ki, hüquq-mühafizə orqanları məsələ ilə bağlı zəruri işləri görəcəklər. Biz istintaqın işinə qarışa bilmərik", - deyə cavab verib.

Oxşar xəbərlər

Son xəbərlər