Akif Çovdarovun səhhəti pisləşdi

Akif Çovdarovun səhhəti pisləşdi
Hadisə 194

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun səhhətində ciddi problem yaranıb.

BAKU.WS Manset.az-a istinadla xəbər verir ki, sabiq rəis Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. O, xəstəxanaya gələrkən oğlu Ruslan Çovdarov yanında olub. A.Çovdarovun onurğa sütununda problem yarandığı bildirilir.

Qeyd edək ki, 2015-ci ildə 12 il müddətinə həbs olunan Akif Çovdarov Prezident İlham Əliyevin 2020-ci il aprelin 6-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azad olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər