Şah İsmayıl Xətainin heykəli götürüləcək

Şah İsmayıl Xətainin heykəli götürüləcək
Hadisə 3295

Bakıda Yusif Səfərov küçəsindəki Şah İsmayıl Xətainin heykəli götürüləcək.

BAKU.WS-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Qurum rəsmisi bildirib ki, heykəlin köçürülməsinə səbəb həmin ərazidə yol kəsişməsinin salınmasının nəzərdə tutulması ilə bağlıdır:

"Yusif Səfərov küçəsilə Afiyəddin Cəlilov küçələrində kəsişmələr olacaq. Bununla bağlı artıq lazımi qurumlara müraciət etmişik. Müraciətə cavab veriləndən sonra heykəl oradan götürülərək başqa əraziyə köçürüləcək".

Samed

BAKU.WS

Son xəbərlər