Bulvardan Cavanşir körpüsünə gedən yolda qadağa - hərəkət istiqaməti dəyişdi
"Yusif Səfərov küçəsinin bir hissəsi yenidənqurmadan sonra sürücülərin istifadəsinə verilib və həmin ərazidə avtomillərin hərəkət istiqamətində dəyişiklik edilib".
Bunu BAKU.WS-ə açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. Onun sözlərinə görə, yeni dəyişikliklə Neftçilər prospekti ilə hərəkət edən nəqliyyat vasitələri Y.Səfərov küçəsinə dönərək A.Cəlilov küçəsi ilə kəsişmədə Cavanşir körpüsünə çıxa bilməyəcəklər (yəni, burada sola dönmə qadağan olunur). Həmin kəsişmədə Y.Səfərov küçəsi ilə yalnız düzünə hərəkət etmək mümkündür.
Neftçilər prospekti ilə gəlib, Cavanşir körpüsündən mərkəzə qayıtmaq istəyənlər ya Bakı Baş Polis İdarəsinin qabağınadək gedib oradan geriyə dönməlidirlər, ya da Neftçilər prospekti ilə Nobel prospektinə doğru düz gedib (Y.Səfərov küçəsinə dönmədən) "AMAY"a çatmamış sola - A.Cəlilov küçəsinə dönməlidirlər və bu küçə ilə Cavanşir körpüsünə qalxaraq mərkəzə doğru getməlidirlər.
Vaqif Əsədov qeyd edir ki, Yusif Səfərov küçəsilə şəhərə doğru hərəkət edənlər geri dönmə əməliyyatını Cavanşir körpüsünün alt hissəsindən manevr etməklə işıqforun göstəricilərinə uyğun olaraq hərəkət edə bilər. Eyni zamanda, Yusif Səfərov küçəsi ilə Afiyyəddin Cəlilov küçəsinin kəsişməsindən ictimai nəqliyyat vasitələri üçün xüsusi zolaq ayrılıb. Həmin ərazidə olan avtobus dayanacağı bir qədər irəliyə çəkilib.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Diqqət- Bakının yolları bağlandı
Bu gecədən etibarən paytaxtın bir sıra mərkəzi küçə və prospektlərində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla istiqamətləri dəyişdirilib. Bu barəd...