Yusif Səfərov küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır -XƏRİTƏ

Yusif Səfərov küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır -XƏRİTƏ
Sosial 1712

 

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən mərkəzə doğru olan istiqamətində Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməyədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır.

BAKU.WS-in məlumatına görə, məhdudlaşdırma aprel ayının 3-dən 4-nə keçən gecədən etibarən və təmir işləri bitənədək tətbiq ediləcək.

Alternativ olaraq sürücülər Babək prospekti-Fəzail Bayramov küçəsi-Xocalı prospekti-Afiyəddin Cəlilov küçəsi, həmçinin Babək prospekti-Nəcəfqulu Rəfiyev küçəsi-Afiyəddin Cəlilov küçəsi istiqamətlərindən istifadə edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə, "Azəravtoyol" ASC vətəndaşlardan üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Sürücülərin nəzərinə: Bu gün bu yollar bağlı olacaq

Sürücülərin nəzərinə: Bu gün bu yollar bağlı olacaq

Aparılan təmir işləri ilə əlaqədar olaraq Məhəmməd Hadi küçəsinin Babək prospekti ilə kəsişən hissəsində, həmçinin Babək prospektinin şəhər istiqamətinə doğru M...

1478 Sosial 12:25 03 aprel 2017

Son xəbərlər