Ağsuda sel suları avtomobil yolunu yararsız hala saldı
16
apr
2025
17:36
Yağışlı hava şəraiti ilə əlaqədar Ağsuçaydan keçən sel suları rayonunun Arat-Curuxlu-Maşadqanlı kənd avtomobil yolunun bir hissəsini yararsız hala salıb.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Hazırda Maşadqanlı kəndi ilə rayon mərkəzinin nəqliyyat əlaqəsində müəyyən məhdudiyyət yaranıb. Əraziyə polis, digər aidiyyəti qurumların əməkdaşları və texnika cəlb olunub. Yolun açılması istiqamətində işlər görülür.
Oxşar xəbərlər
Kiyevə dron hücumu zamanı daha bir azərbaycanlı yaralanıb
Ukrayna paytaxtı Kiyevdə daha bir azərbaycanlı dron hücumları zamanı yaralanıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bu, Azərbaycan vətəndaşı, 1980-ci il...