Ağstafada yol qəzasında ölən 3 nəfər ANAMA əməkdaşlarıdır - ADLAR - FOTO
Bakı-Qazax magistral yolunun Ağstafa rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları əraziyə cəlb edilib.
Bu barədə BAKU.WS-ə TƏBİB-dən məlumat verilib.
Xəsarət alan 8 nəfər (5-i kişi cinsi, 3-ü qadın cinsi olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib və Qazax Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar.
Daha sonra xəsarət alan 1 nəfər (cinsi kişi olmaqla) Qazax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Hazırda xəsarət alan şəxslərə tibb müəssisəsinin müvafiq şöbələrində zəruri tibbi xidmətlər göstərilir.
Vəziyyətləri stabildir.
Qalereya
Oxşar xəbərlər
TƏBİB: Gəncədə xəstəxanadakı yanğına görə 37 şəxs digər tibb müəssisələrinə köçürülüb - FOTO - YENİLƏNİB - 3
Məlum olduğu kimi, 26.04.2023-cü il tarixində saat 09:50 radələrində TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adın...