Ağstafada qəzaya düşən avtomobil piyadanı da vurub

Ağstafada qəzaya düşən avtomobil piyadanı da vurub
Hadisə 68

Ağstafa rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Həsənsu kəndində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili digər avtomobilə toqquşduqdan sonra idarəetmədən çıxaraq yol kənarındakı piyadanı vurub.

Yol-nəqliyyat hadisəsi zamanı 1968-ci il təvəllüdlü Nürəddin Məmməd oğlu Məmmədov və 1994-cü il təvəllüdlü Ayxan Şöhrət oğlu Məmmədli xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər