Ağstafada hərbi qulluqçunu döyən şəxs həbs edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafada hərbi qulluqçunu döyən şəxs həbs edilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayon sakini Baloğlan Abdul oğlu Bukavadze idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolun ensiz olması səbəbindən həmyerlisi Şamxal Şahin oğlu Həmidovun idarə etdiyi VAZ-21011 markalı minik avtomobilinə yol verməyib, bu səbəbdən tərəflər arasında mübahisə yaranıb.
Baloğlan Bukavadze qarşı avtomobildəki sərnişin, müddətdən artıq hərbi qulluqçu olan Orxan İlham oğlu Əlizadəni yaxınlıqda olan daş hasarın arxasına aparıb, əli ilə sinəsinə möhkəm vuraraq yıxıb. Nəticədə Orxan Əlizadə yıxılarkən başı oradan keçən qaz borusuna dəyərək xəsarət alıb.Faktla bağlı cinayət işi başlanılıb, B.Bukavadze şübhəli şəxs qismində tutulub.
Oxşar xəbərlər
Bakıda dəhşətli hadisə: Arvadını polis şöbəsinin yanında görüb çöllüyə apardı və...
Bakının Sabunçu rayonunda 1979-cu il təvəllüdlü Arif mübahisə zəminində arvadı Cəmiləni (adlar şərti verilib - red.) qətlə yetirib. BAKU.WS teleqraf.com-a istin...