Ağstafada 5 üzvü ölən ailənin indi də evi YANDI
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafada yanğın hadisəsi baş verib.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qırılı kəndində Sahil İsmayılova məxsus evdə qeydə alınıb.
Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib. Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.
Qeyd edək ki, İsmayılovlar ailəsinin 5 üzvü bir ildə müxtəlif vaxtlarda bədbəxt hadisələr nəticəsində ölüb. 2024-cü ilin avqust ayında 2 yaşlı Gülxar İsmayılzadə, daha sonra onun nənəsi və babası, ailənin digər azyaşlı övladı ölüb. Ötən il iyulun 8-də isə ailənin gəlini Şəfayət İsmayılova şüşə silərkən nərdivandan yıxılaraq ölüb.
Faktla bağlı rayon Polis İdarəsinin və prokurorluğun əməkdaşları əraziyə baxış kecirib. Hazırda yanğının səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll ediləcək. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddət...