Ağstafada 46 yaşlı kişinin meyiti tapılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafada kişi meyiti aşkarlanıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, meyit rayonun Həsənsu kəndində qəbiristanlığın yaxınlığında tapılıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Araşdırma zamanı meyiti aşkarlanan şəxsin rayon sakini, 1980-ci il təvəllüdlü Z. Yolçiyev olduğu müəyyənləşdirilib.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertizanın və Patoloji Anatomiya Birliyinin Publik Hüquqi Şəxsinin Ağstafa rayon şöbəsinə təhvil verilib.
Ölümün səbəbi hələlik məlum deyil.
Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...