Ağdərədə silah-sursat aşkar edilib
Qarabağ bölgəsində ərazidə mühəndis işləri aparılan zaman Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat aşkar edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Ağdərə rayonu ərazisində aşkar edilən 1 ədəd SVD silahı, 1 ədəd RPK-74M, 1 ədəd AK-74M, 1 ədəd əl qumbaraatanı, 2 ədəd gecə görmə cihazı və 1 ədəd avtomat silahı üçün səsboğucu müsadirə edilib.
Azad edilən ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Qazaxda gənc qız dəm qazından boğularaq ölüb
Qazax rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü A.Quliyeva yaşadığı evi...