Ağdərədəki ağır qəzada yaralananların SON DURUMU
Ağdərə rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyətləri açıqlanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, iyunun 16-da saat 19:50-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Ağdərə rayonu, Həsənriz yolundan çağırış qeydə alınıb:
"Çağırış ünvanına cəlb olunan təcili tibbi yardım briqadası tərəfindən 3 nəfər (kişi) müştərək travma diaqnozu ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Bir nəfər daha ixtisaslı tibbi xidmət almaq üçün özəl tibb müəssisəsinə təxliyə olunub. Vəziyyəti qənaətbəxş qiymətləndirilən digər bir nəfər isə ambulator müalicə üçün evə buraxılıb. Hazırda bir nəfərin də müalicəsi xəstəxanada davam etdirilir, vəziyyəti stabildir".
*** 10:04
Ağdərə rayonunda avtomobil aşıb, üç nəfər xəsarət alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Çardaqlı kəndində qeydə alınıb.
Belə ki, NİVA markalı minik avtomobilinin aşması nəticəsində sürücü İsa Ağayev, atası Bayram Ağayev və sərnişini Samor Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Oxşar xəbərlər
Bakıda yük maşını ilə minik avtomobili toqquşub
Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS-in məlumatına görə, hadisə Nəsrəddin Tusi küçəsində qeydə alınıb. İlkin məlumata görə, yük maş...