Ağdaş və Göyçay sakinlərindən qanunsuz silahlar götürülüb

Ağdaş və Göyçay sakinlərindən qanunsuz silahlar götürülüb
Hadisə 1

Polis əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Ağdaş və Göyçay Rayon Polis Şöbələrinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı sakinlərdən 2 sənədsiz ov tüfəngi aşkarlanaraq götürülüb.

Bu istiqamətdə əməliyyat-profilaktik tədbirlər davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər