Ağdamda minik və yük avtomobilləri toqquşub, xəsarət alanlar var
07
iyl
2026
19:57
Ağdam rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Xıdırlı kəndi yaxınlığında, Uzundərə ərazisində qeydə alınıb.
Belə ki, "Toyota Prado" markalı minik avtomobili ilə "Mercedes" markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Frankfurt-Dehli sərnişin təyyarəsi nasazlıq səbəbindən Bakıya məcburi eniş edib
25 avqust tarixində Frankfurt-Dehli marşrutu üzrə hərəkət edən "Lufthansa" aviaşirkətinin LH760 reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Bey...