Ağdamda məktəbli velosipeddən yıxıldı: Vəziyyəti ağırdır
29
iyn
2026
15:26
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ağdam rayonunda yeniyetmə oğlan velosipeddən yıxılıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə iyunun 28-də günorta saatlarında rayonun Quzanlı qəsəbəsində baş verib.
Qəsəbə sakini - 2012-ci il təvəllüdlü Xəyal Anar oğlu Muxtarlı qəsəbə ərazisində velosiped sürərkən müvazinətini itirərək yıxılıb.
O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Yeniyetmənin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Arif Əfəndiyev vəfat etdi
Biologiya elmləri doktoru, professor, Əməkdar müəllim Arif Əfəndiyev vəfat edib. BAKU.WS xəbər verir ki, A.Əfəndiyev bu gün dünyasını dəyişib. Xatırladaq ki, A....