Ağdamda iki qardaş kişini təhqir edib videoya çəkdi

Ağdamda iki qardaş kişini təhqir edib videoya çəkdi
Hadisə 208

Azərbaycanda orta yaşlı kişini təhqir edərək ləyaqətini alçaldan hərəkətlər edən və əməllərini videoya çəkən şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər.

BAKU.WS Publika.az-a istinadən məlumat verir ki, hadisə Ağdam rayonunda boş ərazidə baş verib.

Belə ki, rayon sakini olan Elxan və Qənbər Quliyev (şərti ad-soyadlı) qardaşları həmyerliləri Aqil Verdiyevi yerə yıxaraq alçaldıcı hərəkət ediblər. Hadisəni isə videoya çəkiblər.

Araşdırmalar zamanı məlum olub ki, Aqilin Elxanın arvadı ilə münasibəti olub. Elxan həyat yoldaşının telefonunda "WhatsApp" proqramında Elxandan gələn mesajları görüb. O, arvadını başqa yerə göndərib və qardaşı ilə birləşərək Aqili aldadaraq çöllük əraziyə aparıblar. Hadisə də elə orada baş verib.

Aqil əvvəlcə onun ləyaqətini alçaldan şəxslərdən şikayət etsə də, sonradan şikayətini geri götürüb və Quliyev qardaşları ilə barışdığını bildirib.

Ağdam Rayon Məhkəməsinin ötən gün çıxardığı hökmlə Elxan Quliyev 3 il 6 ay, kiçik qardaşı isə 3 il 4 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və onlar cəzaçəkmə müəssisəsinə göndəriliblər.

Son xəbərlər