Ağdamda avtomobillər toqquşub, 2 nəfər ölüb, 4-ü xəsarət alıb
01
may
2026
20:49
Ağdam rayonunda iki nəfərin ölümü, dörd nəfərin xəsarət almasıyla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Xankəndi-Ağdam yolunun Xıdırlı kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan "VAZ-2107" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, dörd nəfər isə ağır xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır
Oxşar xəbərlər
Kürdəmirdə "Mercedes" "KamAZ"a çırpılıb, yaralılar var
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ə...