Ağciyər İnstitutunda silsilə ölümlər davam edir: 43 yaşlı xəstə vəfat etdi
Bu gün Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha bir nəfər ölüb.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, 1977-ci il təvəllüdlü, Şamaxı sakini olan kişi ikitərəfli pnevmoniya, ağır gedişli, kəskin ağciyər-ürək çatışmazlığı diaqnozundan vəfat edib.
Məlumata görə, xəstə bu vəziyyətdə 20 gün ev şəraitində müalicə aldıqdan sonra dünən Elmi-Tədqiqat Ağciyər İnstitutuna gətirilib.
Kritik vəziyyətdə dərhal birinci reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin intensiv müalicə tədbirlərinə baxmayaraq, səhər saatlarında vəfat edib.
TƏBİB qeydə alınan ölüm faktını təsdiqləyib.
Qeyd edək ki, yanvar ayının 15-dən indiyədək institutda ölənlərin sayı yeddi nəfərə çatıb.
Oxşar xəbərlər
Bakıda xəstəxanada daha bir ölüm faktı qeydə alındı
Bakıda 23 yaşlı kişi soyuqdəymədən ölüb. BAKU.WS xəbər verir ki, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 1997-ci il təvəllüdlü Bakı şəhər sakini...