Bakıda xəstəxanada daha bir ölüm faktı qeydə alındı

Bakıda xəstəxanada daha bir ölüm faktı qeydə alındı
Hadisə 1520

Bakıda 23 yaşlı kişi soyuqdəymədən ölüb.

BAKU.WS xəbər verir ki, TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 1997-ci il təvəllüdlü Bakı şəhər sakini son 20 gün ərzində ev şəraitində soyuqdəymədən müəlicə alırmış.

Halı pisləşdikdən sonra yanvarın 31-də saat 16-da olduqca ağır vəziyyətdə Elmi-Tədiqat Ağciyər Xəstəlikləri İnstitutuna müraciət edib. Xəstə ikitərəfli pnevmoniya, ağır gedişli, kəskin ağ ciyər-ürək çatışmazlığı diaqnozu ilə kritik ağır vəziyyətdə birinci reanimasiya şöbəsinə yerləşdirilib.

Reanimatoloq və pulmanoloqun nəzarəti ilə intensiv müalicə tədbirlərinə baxmayaraq, xəstədə fevralın 1-də saat 06:30-da bioloji ölüm qeyd olunub.

Son xəbərlər