Ağciyər İnstitutunda daha bir ölüm faktı

Ağciyər İnstitutunda daha bir ölüm faktı
Hadisə 463

Elmi-Tədqiqat Ağciyər İnstitutunda daha bir ölüm faktı qeydə alınıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, yanvarın 17-də xəstəxananın reanimasiya şöbəsinə daxil olan Quba rayon sakini, 1983-cü il təvəllüdlü xəstə fevralın 2-də ağciyər-ürək çatışmazlığından vəfat edib.

Xəstəxanaya daxil olarkən həkimlər xəstəyə ağciyərlərin səpələnmiş vərəmi, infiltrasiya mərhələsi VMB +Vmb, boyun limfa vəzilərinin vərəmi, xroniki böyrək çatışmazlığı diaqnozu qoyub. Xəstəyə daha əvvəl böyrək transplantasiyası olunub.

Faktı Ağciyər İnstitutundan saytımıza təsdiqləyiblər.

Xatırladaq, bu, yanvarın 15-dən indiyədək institutdakı səkkizinci ölüm hadisəsidir.

Son xəbərlər